Kelli Deqnan - ABŞ-ın müstəqilliyinin 245-ci ildönümünü gürcü dostlarla qeyd etməyimdən dolayı qürur duyuram
Kelli Deqnan - ABŞ-ın müstəqilliyinin 245-ci ildönümünü gürcü dostlarla qeyd etməyimdən dolayı qürur duyuram

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi Amerika Birləşmiş Ştatlarının Müstəqillik Gününü qeyd edir. Tədbir ABŞ səfirinin iqamətgahında keçirilir.

Pandemiya fonunda tədbir məhdud formatda keçirilir.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın sözlərinə görə, bugünkü günü gürcü dostları ilə birlikdə qeyd edir.

“Bu gün gürcü dostlarımızla birlikdə Amerikanın müstəqilliyinin 245-ci ildönümünü qeyd etdiyimiz üçün çox xoşbəxtəm, çox qürurluyam. Təəssüf ki, pandemiya səbəbindən, hər zaman keçirdiyimiz o böyük tədbiri keçirə bilmirik, lakin ümid edirik ki, gələn il bunu etmə imkanımız olacaq.Bu gün Amerikanın Müstəqillik Bəyannaməsinin imzalanmasını qeyd edirik və bugünkü gün bizlərdən çoxunun, amerikalının, mübarizə apardığı və çoxunun öldüyü azadlığa dəyər veririk.

Eyni zamanda, tez-tez adi bir şey olaraq qəbul etdiyimiz imtiyazlar haqqında dərindən düşünürük , bunlar azadlığımız, fərdi hüquqlarımız və dəyərlərimizdir.  Azadlıq, bərabərlik, qanunun aliliyi və şəxsi hüquqlar olan təsisatçı prinsiplərə sadiqliyimiz son dərəcə vacibdir. Bunlar Gürcüstanla bölüşdüyümüz dəyərlərdir və buna görə də bu günü gürcü dostlarımızla qeyd etdiyimiz üçün çox xoşbəxtik” -deyə Kelli Deqnan bildirib.

Amerika Birləşmiş Ştatları 4 İyul 1776-cı ildə Müstəqillik Bəyannaməsini qəbul etdi. Bu il ABŞ-ın müstəqilliyinin 245-ci ildönümüdür.