Kelli Deqnan - ABŞ gürcü hakimlərinə sübutlara əsaslanan qərarlar qəbul etmək üçün proqramların effektivliyini artırmaqda kömək etməkdən qürur duyur
Kelli Deqnan - ABŞ gürcü hakimlərinə sübutlara əsaslanan qərarlar qəbul etmək üçün proqramların effektivliyini artırmaqda kömək etməkdən qürur duyur

 

ABŞ gürcü hakimlərinə sübutlara əsaslanan qərarlar qəbul etmək üçün proqramların effektivliyini artırmaqda kömək etməkdən qürur duyur-bu barədə ABŞ-ın Gürcüstandakı səfiri jurnalistlərin Ali Ədliyyə Şurasının üzvü, Levan Murusidzenin bəyanatı ilə bağlı sualını cavablandırıb.

Kelli Deqnan bildirib ki, ABŞ-a daha çox səfər etməkdə, daha çox təlimdə, daha çox fikir mübadiləsində maraqlı olduqlarını söyləyən bir çox gürcü hakimlə görüşüb, çünki hakimlərin bir-biri ilə qabaqcıl təcrübələri bölüşməsi çox faydalıdır.

Səfir təlimlərin gürcü ədliyyə sisteminin müassirləşdirilməsi səylərinə böyük töhfə verdiyini bildirib.

“Mən burada olduğum müddətdə məhkəmənin bütün səviyyələrindən bir çox gürcü hakimlə görüşmək şərəfinə nail oldum. Onlar arasında bölgə hakimləri də var. ABŞ-a səfər zamanı fikir mübadiləsi apardıqlarını onların hamısından dinlədim. Təlimlər keçirilir, biz ən yaxşı təcrübələri bölüşmək üçün amerikalı hakimləri bir araya gətiririk. Həmçinin onlardan eşitdim ki, onlar daha çox ziyarət, daha çox təlimə, daha çox fikir mübadiləsinə maraq göstərirlər, çünki hakimlərin bir araya gələrək proqramda nəyin yaxşı işlədiyini, müxtəlif problemlərin öhdəsindən necə gəldiyini bir-biri ilə bölüşməsi çox faydalıdır. Bu təlimlər və mübadilələr çox yaxşı qarşılandı və Gürcüstanın ədliyyə sisteminin müassirləşdirilməsi səylərinə böyük töhfə verdi. ABŞ-ın illərdir etdiyi budur. Gürcüstan məhkəmələrin səmərəliliyi və fəaliyyəti baxımından əhəmiyyətli irəliləyiş əldə edib. İndi bu işi davam etdirmək, Avropa İttifaqının müəyyən etdiyi 12 prioriteti yerinə yetirmək lazımdır. Bu, uzun müddətdir ki, Gürcüstanın gündəmində olan eyni məsələdir. ABŞ Gürcüstan hakimlərinə sübutlara əsaslanan qərarlar qəbul etmək üçün proqramların effektivliyini və səmərəliliyini artırmaq səylərində kömək etməkdən çox qürur duyur” -deyə Kelli Deqnan bildirib.

Ali Ədliyyə Şurasının üzvü Levan Murusidze bir neçə gün əvvəl Gürcüstanın Birinci Kanalının “Günün mövzusu” verilişində belə deyib: “hakimlər beş günlüyünə gedərək binalara baxış keçirəcəklər, onların dincələcəyi yaxşıdır və ABŞ-ın nə qədər möhtəşəm olduğunu görəcəklər, lakin axı biz bundan daha səmərəli istifadə edə bilərik ?”