Kelli Deqnan 9 Aprel faciəsində həlak olanların xatirəsini ehtiramla yad etdi
Amerikanın Gürcüstandakı səfiri, Kelli Deqnan Parlament qarşısına, 9 Aprel memorialına gəldi. Deqnan 9 Aprel faciəsində həlak olanların xatirəsini ehtiramla yad etdi.
Bu günki günə ABŞ Səfirliyi “feysbuk” səhifəsində əks səda verir.
“Bu gün böyük-kiçik, yaşlı-cavan, istənilən nəsildən, istənilən vəzifədən, hər hansı bir istiqamətdən insanlar yalnız bir şeyi düşünür – Gürcüstan müstəqillik qazanmalıdır! Gürcüstan tam azadlığa layiqdir! Gürcüstan dünyanın ən inkişaf etmiş, ən demokratik və humanist xalqlarının əldə etdiklərinə layiqdir! Dostlar, bu gündən sonrakı bütün mitinq və nümayişlərimizdə Gürcüstanın tam müstəqilliyi və Sovet İttifaqından çıxması tələbini birinci tələb kimi qoyacağıq!”, – Merab Kostava.
Biz 9 Apreli xatırlayırıq”, – Amerika Briləşmiş Ştatlarının gürcüstandakı Səfirliyinin “feysbuk” səhifəsində qeyd olunur.
9 Aprel faciəsindən 34 il keçdi. 1989-cu il aprelin 9-da səhər açılarkən, Sovet İttifaqı silahlı qüvvələrinin bölmələri Tbilisinin mərkəzində, Parlament binası qaşısında dinc etiraz aksiyasını dağıtdılar, hansı da təlafatla nəticələndi. Dağıtma nəticəsində 21 insan həlak oldu. Yüzlərlə vətəndaş müəyyən olunmayan tərkibli qazla zəhərləndi. Sonralar, 1991-ci il aprelin 9-da isə, Ali Şura Gürcüstanın dövlət müstəqilliyinin bərpasını elan etdi.