Keçmiş müdafiə naziri Davit Kezeraşvilinin evində aparılan istintaq hərəkətləri başa çatıb
Keçmiş müdafiə naziri Davit Kezeraşvilinin evində aparılan istintaq tədbirləri başa çatıb.
Sololakidə Amağleba küçəsində Davit Kezeraşviliyə məxsus mənzildə 15 saat axtarış aparılıb.
Evdə Kezeraşvilinin həyat yoldaşının qardaşı, “Milli Hərəkat”ın ictimaiyyətlə əlaqələr üzrə katibi olan Dimitri Çikovani yaşayır.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yaşayış evinə baxış zamanı aşkar edilmiş əşyalar götürülüb. Hansı sübutların əldə edildiyi hələlik məlum deyil.
İstintaq hərəkətlərinin qrup zorakılığı və mütəşəkkil zorakılıq faktları ilə bağlı aparılan istintaq çərçivəsində aparıldığı bildirilir.