Keçmiş həyat yoldaşını ağırlaşdırıcı şəraitdə qəsdən öldürməkdə təqsirli bilinən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib
Keçmiş həyat yoldaşını ağırlaşdırıcı şəraitdə qəsdən öldürməkdə təqsirli bilinən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

 
Kutaisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edib və keçmiş həyat yoldaşını ağırlaşdırıcı şəraitdə qəsdən öldürməkdə ittiham olunan şəxsi təqsirli bilib.

Prokurorluğun yaydığı məlumata əsasən məhkəmə prosesində tədqiq edilən sübutlarla təsdiqlənib ki, 2022-ci ilin iyulun 1-də Kutaisi şəhərində müttəhim öz keçmiş həyat yoldaşına gender əsaslı dözümsüzlük zəminində xüsusi amansızlıqla, bıçaqla xəsarətlər yetirib. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisə yerində saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 11-ci əlavəsinin 109-cu maddəsinin “T”, “K” və “M” altbəndləri ilə ittiham irəli sürülüb.

Kutaisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə təqsirli bilib və 20 il müddətinə azadlıqdan məhrum edib.