Keir Starmer – Rusiya Ukraynada münaqişəyə başlayıb və indi də onu bitirə bilər
Rusiya Ukraynada münaqişəyə başlayıb və indi də onu bitirə bilər. – Bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer məlumat verib. Məlumatı “BBC” yayıb.
“Rusiya bu münaqişəyə başladı. Rusiya Ukraynaya qanunsuz müdaxilə edib. Rusiya bu münaqişəyə dərhal son qoya bilər. Bir daha təkrar edirəm, buna Rusiya başladı. Münaqişənin səbəbkarı onlardır”. – Böyük Britaniyanın baş naziri bildirib.
Starmer bu açıqlamanı Ukraynanın Rusiyaya uzaqmənzilli silahlarla vurmasına icazə verilərsə, bu qərarın Qərbin münaqişədə birbaşa iştirakının göstəricisi olacağını qeyd edən Putinin bəyanatına cavab olaraq bildirib.
Starmer hazırda Vaşinqtondadır və bu gün ABŞ prezidenti Co Baydenlə görüşəcək.
Starmer səfər zamanı ABŞ vitse-prezidenti və prezidentliyə namizəd Kəmalə Harrislə görüşməyəcəyini bildirib.