Keir Starmer rəsmi olaraq Böyük Britaniyanın Baş naziri oldu
Keir Starmer rəsmi olaraq Böyük Britaniyanın Baş naziri oldu

Leyboristlər Partiyasının lideri Key Starmer rəsmən Böyük Britaniyanın baş naziri oldu.

Keir Starmer ölkənin monarxı Çarlzla Bukingem sarayında görüşüb.

Britaniya mətbuatının məlumatına görə, görüş artıq başa çatıb və Key Starmer sarayı tərk edib.

Bundan sonra Böyük Britaniya hökumətinin başçısı Dauninq-stritə gedərək əhali qarşısında çıxış edəcək.