Keir Starmer bildirib ki, Ukrayna-ya qarşı Rusiyanın aqressiyası qitənin təhlükəsizliyini təhdid edir və Rusiya dəfələrlə qonşu ölkələrin suverenliyinə hörmət etmədiyini göstərib
Keir Starmer bildirib ki, Rusiya mülki əhalinin həyatına və beynəlxalq hüquqa hörmət etmir.
Böyük Britaniyanın baş naziri Rumıniyada dronun düşməsi hadisəsini NATO-nun hava məkanının ciddi şəkildə pozulması kimi qiymətləndirib.
Keir Starmer qeyd edib: “Ukraynaya qarşı Rusiyanın aqressiyası, mülki əhaliyə və mülki infrastruktura hücumlar qitəmizin təhlükəsizliyini təhdid edir. Böyük Britaniya belə zərbələri birmənalı şəkildə pisləyir. Rusiya dəfələrlə göstərib ki, mülki insanların həyatına, beynəlxalq hüquqa və ya qonşuların suverenliyinə hörmət etmir. Buna yol vermək olmaz.”