Kaya Kallas Fələstin Muxtariyyətinin Baş naziri ilə görüşüb
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kalas Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa ilə görüş keçirib.
Görüş İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə olunmasından sonra baş tutub.
“Bu saziş davamlı sülhə doğru bir addım ola bilər, lakin biz hamımız bilirik ki, qarşıda bir çox çətin sınaqlar dayanır”. Kalas sosial şəbəkədə yazır.
Kaya Kalaşın sözlərinə görə, Avropa İttifaqı regiona humanitar və reabilitasiya yardımı göstərməyə hazırdır. Bu məqsədlə artıq Avropa İttifaqı Qəzza zolağına 120 milyon avroluq yeni yardım paketi ayırıb.
Bundan əlavə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi qeyd edib ki, sərhəddə sabitliyi təmin etmək məqsədi daşıyan Aİ-nin müşahidə missiyasının Rəfahda yenidən yerləşdirilməsi üçün danışıqlar aparılır.