Kaxaber Qvantseladze - Ilk həyata keçirəcəyimiz layihə uşaq baxçalarında müasir standartların inteqrasiyası və yeni baxçaların tikilməsi olacaq
Ilk həyata keçirəcəyimiz layihə uşaq baxçalarında müasir standartların inteqrasiyası olacaq, – bu barədə bəyanatı Uşaq Baxçaları Agentliyinin yeni rəhbəri Kaxaber Qvantseladze verdi.
Uşaq baxçaları agentliyinin rəhbəri ilk iş gününə, agentliyin prinsipləri ilə tanış olmaqla başladı.
“Məqsədimiz yeni uşaq baxçalarının tikilməsi, inkluziv təhsilin tətəbiqi və baxçaların institusiyonal inkişafıdır. Bunlar işimizin əsas prioritetləri olacaq” – dedi Kaxaber Qvantseladze.
Qvantseladzenin dediyinə görə, qanunla uşaq baxçaları pulsuzdur və bu qanuna gələcəkdə də riayət ediləcək.