“Mənim üçün bir deputat olaraq, qeyri-məqbuldur ki, Yayımçının 45 milyon larilik büdcəsi olsun, reytinqi isə, 1%.
Belə xərclər və belə reytinqlər biz lazımdır mı? Məncə belə yayımçı bizə lazəm deyil” – Bu bəyanatı parlament əksəriyyətinin sədri Kaxa Okriaşvili parlamentin sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin iclasında “Yayımçı haqqında” qanuna daxil ediləcək dəyişiklikləri müzakirəsi zaman verdi.
Kaxa Okriaşvilinin bəyanatına görə, Yayımçı 5 milyon larinin artırılmasından sonra da 10%-lik reytinqi olmayacaq.
“Bu televiziyaya 50 milyon verib, sonra da yenə 1%-lik reytinq görəndə, orada çalışan hərkəsi işdən azad etməliyik” – dedi Okriaşvili.