Kaxa Kojoridze - Təəssüf ki, Xalq Müdafiyəçisinə qarşı anlaşılmaz və qeyri-məqbul bəyanatlar artıb
Xalq Müdafiyəçisinə qarşı anlaşılmaz və qeyri-məqbul bəyanatlar artıb, – bu bəyanatı Prezidentin müşaviri Kaxa Kojoridze, Uça Nanuaşviliyə qarşı son zamanlar verilən bəyanatlarla bağlı verdi.
Kojoridzenin deiyinə görə, Xalq Müdafiyəçisi öz konstitusiya öhdəliyini yerinə yetirir və siyasətçilərin onun əleyhinə verdikləri bəyanatlara heç bir anlam verə bilmir.
“Biz xatırlayırıq ki, illər öncə, mitinqlər zamanı xalq müdafiyəçisi döyülürdü, bugün heç olmasa döyülmür və bunu kimlərsə tərəqqi hesab edirlər. Xalq müdafiyəçisinə qarşı belə hərəkət sadəcə olaraq, göstərir ki, bizim cəmiyyət və siyasətçilər Xalq müdafiyəçisi institutunun mənasını və funksiyalarını dərk etmirlər” – dedi Kaxa Kojoridze.