Kaxa Kaladze və Giorgi Qaxariya tikinti və developer şirkətlərinin nümayəndələri ilə görüşüb
Kaxa Kaladze və Giorgi Qaxariya tikinti və developer şirkətlərinin nümayəndələri ilə görüşüb

Tbilisinin yeni seçilmiş meri Kaxa Kaladze iqtisadiyyat naziri Giorgi Qaxariya ilə birgə tikinti və developer şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdən məqsəd özəl bölmənin hökumətin 2006-cı il 28 yanvar tarixli 41 saylı  qərarına daxil edilən dəyişikliklər barədə məlumatlandırılmasıdır ki, texniki reqlamentdə – “Tikinri-tikililərin təhlükəsizlik qaydalarında” yeni requlyasiyaların işə düşməsini nəzərdə tutur.

Yeni requlyasiyalar tikinti prosesində ictimaiyyətin sağlamlığının və təhlükəsizliliyin daha artıq mühafizə olunmasına yönəldilib və binalarda yanğın, istərsə də başqa təhlükələrdən həyatın və əmlakın qorunmasını, eləcə də yanğınsöndürən-xilasedicilərin və fövləladə vəziyyət zamanı xilasedicilərin təhlükəsizliyini nəzərdə tutur.

Yeni requlyasiyalar tikinti biznesində işlə təmin olunan şirkətlər, sahənin mütəxəssisləri və memarları ilə məsləhətləşmələrin müzakirəsi nəticəsində  işlənib hazırlanıb.