Kaxa Kaladze - Tənqidləri elə insanlardan eşidirik, hansıların əlləri qana bulanıb
Təhlükəsizlik xidmətinin rəhbəri Nikoloz Çonkadzenin namizdəliyini Kaxa Kaladze yenidən nəzərdən keçirməyəcək. Merin dediyinə görə, bu adamın təhlükəsizlik məsələlərində böyük təcrübəsi var və ona müvəffəqiyyətlər arzulayır.
“Milli Hərəkat” partiyasının iradlarına cavab olaraq isə, Kaxa Kaladze bu partiyaya onun keçmişini xatırladır.
“Maraqlı odur ki, biz suçlamaları, əlləri qana bulanan insanlardan eşidirik. İllər ərzində bu insanlar vətəndaşlara süpürgələrlə işkəncə edirdilər. Mən keçmiş haqqında danışmağı sevmirəm, yeni layihələr və həyata keçiriləcək işləri müzakirə etməyin tərəfdarıyam, ancaq sabiq iqtidar nümayəndələrinin insan hüquqları haqqında bəyanat vermələri yersizdir” – dedi Kaladze.
Kaxa Kaladze meriyanıln təhlükəsizlik xidmətinin rəhbəri olaraq, Nuqzar Çonkadzeyi dünən təqdim etdi.