Kaxa Kaladze - Sakrebuloya hələ nəyə görə getməliyəm, biraz anlaşılmazdır
Sakrebuloya hələ nəyə görə getməliyəm, biraz anlaşılmazdır. Mən xalq tərəfindən seçilmişəm, müvafiq olaraq, səlahiyyətlərimin icrasına artıq başlamışam”,- Tbilisi meri Kaxa Kaladze, onu bu gün Sakrebuloda gözləyən, Tbilisi Sakrebulosunun müxalifət nümayəndələrinə bu cür cavab verir.
“Hökumətin üzvlərinə gəldikdə, mən qanuna müvafiq olaraq, Sakrebuloya göndərdim və bu gün bunun üzərində müzakirə aparacaqlar və güman ki, qərar da qəbul olunacaqdır, təsdiqlənəcəkdir və bazarertəsindən biz işimizə başlayacağıq”, – Kaladze bəyan etdi.
Sakrebulonun sədrinin, Giorgi Tğemaladzenin bəyan etdiyinə görə, qanun və reqlament, paytaxtın hökumətinə etimadın bəyan edilməsinə, Tbilisi merinin getməsini nəzərdə tutmur.
Elə onun dediyinə görə, hökumətin yeni tərkibinin mer tərəfinfən təqdim olunması presendenti, Narmaniyanın vaxtında da olmayıb.
Tbilisi Sakrebulosunda paytaxt hökuməti tərkibini, etimadın bəyan edilməsi üçün, mer müavini İrakli Xmaladze təqdim edəcək.