Kaxa Kaladze - Qamgebelilərə dəstək verəcəm, ancaq eyni zamanda, onlara qarşı çox tələbkar olacam
“Qamgebelilərə (rayon icra hakimiyyətinin sədri) dəstək verəcəm, ancaq eyni zamanda, onlara qarşı çox tələbkar olacam və vətəndaşlara qarşı lageyid davranışları qəbul etməyəcəm” – bu bəyanatı Tbilisinin yeni meri Kaxa Kaladze, paytaxt rayonlarının yerli icra hakimiyyətinin yeniləşdirilmiş tərkibini təqdim edərkən verdi.
Yeni mer Tbilisinin hər on rayonunun qamgebelilərini təqdim etdi.
Sabiq mer Davit Narmanianın dəstəsindən beş nəfəri (Vake, Didube, Nadzaladevi, Çuğureti qamgebeliləri) vəzifəsində qaldı.
Saburtalonun qamgebelisi Beka Mikautadze Qldani rayonuna keçirildi, onun yerini isə, Qaioz Vasazdze aldı, hansı ki, indiyə qədər müavin idi.
Digər rayonlara isə, Kaxa Kaladze yeni qamgebeli namizədlərini təqdim etdi.