Kaxa Kaladze nəqliyyat sahəsinin mütəxəssisləri ilə görüşdü
Kaxa Kaladze nəqliyyat sahəsinin mütəxəssisləri ilə görüşdü

Tbilisi meri seçkilərində qalib gələn namizəd Kaxa Kaladze nəqliyyat sahəsinin mütəxəssisləri ilə görüşdü.

Görüş zamanı, nəqliyyat sahəsində həyata keçiriləcək islahatlar və bu istiqamətdə əməkdaşlıq perpektivləri müzakirə olundu.

Kaxa Kaladzenin dəstə üzvləri görüş iştirakçılarına konkret layihələrlə bağlı öz mövqelərini tanıtdılar və qarşı tərəfin fikirlərini dinlədilər.

Görüş başa çatdıqdan sonra, Kaxa Kaladze qeyd etdi ki, növbəti illərdə ictimai nəqliyyatın tənzimlənməsi ilə bağlı konkret layihələrin həyata keçirilməsi planlaşdırılır.

“Nəqliyyat siyasəti bizim seçki proqramımızın əsas istiqamətlərindən biridir. Müvafiq olaraq da, bu sahədə islahatlar və konkret layihələrin həyata keçirilməsi ən vacib məsələlərdən biri olacaq” -dedi Kaladze.

Sahə mütəxəssisləri qeyd etdilər ki, menecment sisteminin yaxşılaşdırılması, idarələr arasında sıx koordinasiya və qərarların vaxtında verilməsi yeni sistemin təmin edilməsinin əsas şərtidir.

Görüş Kaxa Kaladzenin seçki qərargahında keçirildi.