Kaxa Kaladze - Adicə sualım var, Quram Kaşia nə gunah işləyib?
Kaxa Kaladze - Adicə sualım var, Quram Kaşia nə gunah işləyib?

“Dinindən və cinsi orientasiyasından asılı olmayaraq, hər bir insanın öz mövqeyini bildirməyə haqqı var”, – bu bəyanatı Tbilisi meri seçkilərində qalib gələn namizəd Kaxa Kaladze, gürcü futbolçusu Quram Kaşiaya qarşı yaranan aqressiv kampaniyaya cavab olaraq verdi.

Kaladzenin dediyinə görə, Kaşianın komandadan çıxardılması haqqında tələb, onun üçün qəribə və anlaşılmazdır.

“Adicə sualım var, Quram Kaşia nə gunah işləyib?” – dedi Kaladze.

Gürcüstanın yığma komandasının kapitanı Quram Kaşia, futbol sahəsinə LGBT şəxsləri dəstəkləyən rəngli qolbağı ilə çıxdıqdan sonra aqressiv tənqid obyekti oldu.

Qeyd edək ki, oktyabrın 15-də, Hollandiya çempionatının 8-ci turunda bütün komandaların kapitanları həmin qolbağı ilə çıxmışdılar.