Katrin Kolonna - Gürcüstanın Avropa arzusu reallığa çevrilməlidir və bunun üçün biz ölkədə olan bütün qüvvələrə arxalanmalıyıq
Nazir mənə dedi ki, əhalinin 85%-i Gürcüstanın Avropa İttifaqına qoşulmasını dəstəkləyir. Bu, sizin avropalı olmanıza kömək etmək istəyimizi gücləndirir- bu haqda Fransanın xarici işlər naziri Katrin Kolonna Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib.
Katrin Kolonna Gürcüstanın Birinci Kanalının jurnalistinin sualını cavablandırıb: “İllərdir ki, Fransa Gürcüstanın Avrointeqrasiya prosesinə skeptik yanaşan ölkə olub. 2022-ci ildə baş verən hadisələr və Rusiyanın Ukraynaya daxil olması, yeni geosiyasi vəziyyət sizin skeptik yanaşmanızı dəyişdimi və il sonunda Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Gürcüstanın “bəli” deyilməsinə ümidi olmalıdırmı?”
Nazirin qeyd etdiyi kimi, “Avropa arzusunun real olması üçün biz ölkədə olan bütün qüvvələrə arxalanmalıyıq”.
“Rusiyanın Ukraynaya təcavüzü bir çox şeyi paradoksal şəkildə dəyişdi. O cümlədən Avropa İttifaqının genişlənmək istəyinə paradoksal şəkildə müsbət təsir göstərdi. Gürcüstanın xarici işlər naziri mənə dedi ki, əhalinin 85%-i Avropa İttifaqına qoşulmağı dəstəkləyir. Bu, sizlərin avropalı olmağınıza kömək etmək istəyimizi gücləndirir. Avropa arzusu reallığa çevrilməlidir və bunun üçün biz ölkədə olan bütün qüvvələrə arxalanmalıyıq” – Katrin Kolonna bildirib.