Katrin Kolonna - Avropa ilə inteqrasiyaya aparan uzun yolda demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət və media azadlığı  həlledici amillər olacaq
Katrin Kolonna - Avropa ilə inteqrasiyaya aparan uzun yolda demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət və media azadlığı həlledici amillər olacaq

Fransanın xarici işlər naziri Katrin Kolonnanın sözlərinə görə, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət və media azadlığı Avropa ilə inteqrasiyanın uzun yolunda həlledici amil olacaq.

Bu barədə jurnalistlərə Katrin Kolonna qeyri-hökumət təşkilatları ilə görüşdən sonra bəyanat verib.

“Ölkəmdə və Avropada, Avropa İttifaqında və ondan kənarda hamı parlament sesiyası zamanı baş verənlərdən narahat idi. Biz mitinqlər və nümayişlər gördük. Biz açıq şəkildə o faktı dəstəklədik ki, siz azadlığı, demokratiyanı müdafiə edirdiniz. Beləliklə, nəticə yaxşıdır. Prezident Emmanuel Makron da xüsusilə gənclərin və Gürcüstan vətəndaşlarının spontan olan hərəkatını dəstəklədiyini bildirib. Uzun bir yol ola biləcək inteqrasiya prosesində demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət və media azadlığı həlledici amillər olacaq. Təkcə biri yox, hamısı” –deyə Katrin Kolonna bildirib.