Belçikada artıq bir həftə olan Kataloniyanın sabiq başçısı Karles Puçdemon və onun dörd tərəfdaşı yerli polisə təslim olublar. Bu barədə yerli mediya xəbər verir.
Bu məlumatı Brussel prokurorluğu təsdiq edib: “Bu gün səhər İspaniyada axtarışda olan beş nəfər nəzarət altına alınıb”.
Qeyd olunub ki, məhkəmə Puçdemonun həbsi barədə 24 saat ərzində qərar qəbul edəcək.