Kataloniyanın sabiq lideri Karles Puçdemon Barselonaya qayıdıb, polis onu axtarır
Kataloniyanın sabiq lideri Karles Puçdemon Barselonaya qayıdıb, polis onu axtarır

 
Kataloniyanın sabiq lideri Karles Puçdemon Barselonaya qayıdıb, polis onu axtarır.

“BBC”nin məlumatında, Puçdemonu İspaniyada həbs gözlədiyi deyilir. O, 2017-ci ildə Kataloniyanın müstəqilliyi mövzusunda keçirilmiş referendum işində ittiham olunub. Puçdemon 2017-ci ildən İspaniyadan sürgün edilib və əsasən Brüsseldə yaşayır.

“BBC”nin məlumatına əsasən, bu gün Kataloniyanın sabiq lideri Barselonada yerli parlament binasının qarşısında görünüb və tərəfdarlarına müraciət edib. Puçdemon, referendumun keçirilməsinin cinayət olmadığını və heç vaxt olmayacağını bildirib.

“BBC”nin məlumatında, bir çoxlarının Karles Puçdemonun bu gün Kataloniyanın yeni liderinin təyin edilməsi mərasimində iştirak edəcəyini gözlədiyi, lakin parlamentdə keçirilən tədbirdə onun görünmədiyi deyilir.

Polis, Puçdemonun saxlanılması məqsədilə əməliyyatın artıq başladığını və Barselonadan çıxışların bağlandığını bəyan edib.