Kataloniyada ümumxalq tətildir. Aksiya iştirakçıları avtomobil və dəmiryolunu bağladılar. Ümumxalq tətilin təşkilatçıları müstəqilliyin tərəfdar Peşəkarlar İttifaqlarıdır.
Kataloniya Nəqliyyat Xidmətinin məlumatına görə, tətil iştirakçıları onlarca küçəni, o cümlədən Fransa və İspanyanı birləşdirən maqistralı bağladılar. Hələlik Barselonada ictimai nəqliyyat problemsiz işləyir.
Tətil iştirakçıları Karles Puçdemon və onun komandasının dörd üzvünün vəzifələrindən kənarlaşdırılması və yaxalama faktına etıraz edirlər.