Kaşueti Məbədində Vano Qolaşvilinin mülki dəfn mərasimi keçirilir
Kaşueti Məbədində Vano Qolaşvilinin mülki dəfn mərasimi keçirilir

Kaşueti Məbədində, Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyat zamanı həlak olan Vano Qolaşvilinin mülki dəfn mərasimi keçirilir.

Mədəbə artq xüsusi dəstə üzvünün ailə üzvləri toplaşıblar. Vano Qolaşvili son məzara məbəddən saat 14:00-da uğranılacaq və Muxatqverdi Qardaşlıq Qəbirstanlığında dəfn ediləcəkdir.

“16 yaşında əsgərlikdə idi. Ölkəsini sevirdi. Onun haqqda keçmidə zamanda danışmağıma çətinlik çəkirəm. İndi də ön xəttə çıxdı, qəhraman idi və qəhramancasına həlak oldu”, – xüsusi dəstə üzvünün əmisi bəyan etdi.

Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyat, noyabrın 22-də gecədən həyata keçirilirdi.

Xüsusi əməliyyat zamanı DTX-nin bir əməkdaşı həlak oldu. Xüsusi Xidmətin iki və DİN-nin iki əməkdaşı yaralandı. Onların sağlamlıq durumu, hazirda sabitdir.

Cinayətkar qrupun bir üzvü yaxalandı, üçü isə məhvedildi.

Xüsusi əməliyyat zamanı heç bir dinc sakin xəsarət almayıb.

Xüsusi əməliyyat nəticəsində zərər çəkənlər üçün qaynar xətt işləyir – 2 375029, 599 53 70 40; 2 72 22 22.

Xüsusi əməliyyat yerinin həndəvər ərazisini polis sarı lent ilə bağlamışdı və kimsənin ora daxil olmasına icazə vermirdi.

Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyatı Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-terror Departamenti həyata keçirdi.