Kaspidə Levan Xabeişvilinin vətəndaşlar ilə görüşündə qarşıdurma baş verib
Bu gün “Milli Hərəkat”ın sədri Levan Xabeişvilinin vətəndaşlarla görüşdüyü Kaspidə vəziyyət bir neçə dəfə gərginləşib.
“Milli Hərəkat” nümayəndələrinin sözlərinə görə, onlar müxtəlif dövlət qurumlarında “Gürcü Arzusu”nun əməkdaşları ilə qarşıdurma yaşayıblar.
Dava və sözlü qarşıdurma olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər edilib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.