Kaspidə munisipalitetdə yaşayan benefisiarlara xidmət göstərən dializ xidməti fəaliyyətə başlayıb.
Bu vaxtadək hemodializdən asılı olan pasiyentlər həyat üçün zəruri olan xidməti yaşadıqları yerdən kənarda alırdılar, bu da sağlamlıq vəziyyətinin pisləşməsi, vaxt və xərclər ilə əlaqəli idi. Bu gündən isə yaşadıqları yerin yaxınlığında yerləşən müəssisədə xidmətdən faydalanmaq imkanı əldə ediblər.
Səhiyyə naziri Mixeil Sarcveladze yeni açılmış dializ mərkəzinə baxış keçirib və onun fəaliyyətinin xüsusiyyətləri ilə yerindəcə tanış olub. Mixeil Sarcveladzenin bəyanatına əsasən, pasiyentlərin həyat üçün zəruri olan xidmətlərə maksimum çıxış imkanının olması mühümdür və bu istiqamətdə nazirlik özəl sektorla gələcəkdə də aktiv şəkildə əməkdaşlıq edəcək.
Kaspidə yerləşən dializ mərkəzi gündəlik 36 benefisiara xidmət göstərəcək, o cümlədən yoluxucu pasiyentlər üçün yeni standartlara uyğun şəkildə təchiz edilmiş, təcrid olunmuş kabinet də var.
Müəssisə dializ üçün lazımi avadanlıqla tam təchiz olunub. Hemodializə ehtiyac duyan şəxslərə müvafiq təlim keçmiş tibb personalı gündəlik xidmət göstərir.
Mixeil Sarcveladze ilə birlikdə dializ mərkəzində olublar: səhiyyə nazirinin müavini Qiorqi Tsaqareişvili, Şida Kartli bölgəsi üzrə dövlət müvəkkili Levan Xarabadze, Kaspi Munisipalitetinin meri Vaxtanq Maisuradze, klinikanın rəhbərləri, həkimlər və digər qonaqlar.
Bugünkü məlumatlara görə, ölkədə xidmət göstərən 50 tibb müəssisəsi var və onlardan 2800 benefisiar faydalanır.
Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.