Kasım-Jomart Tokayev - "Orta Dəhliz" qlobal ticarət üçün böyük imkanlar açır
Kasım-Jomart Tokayev - "Orta Dəhliz" qlobal ticarət üçün böyük imkanlar açır

“Orta dəhliz” qlobal ticarət üçün böyük imkanlar açır, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev alimlərlə görüşü zamanı deyib.

Qazaxıstan Prezidentinin sözlərinə görə, avtomobil, hava və dəmir yolu nəqliyyatının inkişafı Qazaxıstanın Avrasiyanın tranzit qovşağı kimi mövqeyini gücləndirmək üçün lazımdır.

“Transxəzər beynəlxalq nəqliyyat marşrutu qlobal ticarət üçün böyük imkanlar açır. 2027-ci ilə qədər biz bu dəhlizlə yükdaşımaların həcmini ildə 10 milyon tona çatdırmağı planlaşdırırıq”, – deyə Kasım-Jomart Tokayev bildirib.

“Orta Dəhliz” Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə Çin və Aİ ölkələrinin ticarət şəbəkələrini birləşdirir. Hərtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.