Kartofla yüklənmiş avtonəqliyyat vasitəsi ixracatçı ölkəyə qaytarılmağa tabe tutulub
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Ğazeqi” gömrük-keçid məntəqəsində Rusiya Federasiyasından gələn kartofla yüklənmiş avtonəqliyyat vasitəsi saxlanılıb. Bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.
Gəlirlər Xidmətindən verilən məlumata əsasən, sərhəd-karantin nəzarəti prosedurlarının həyata keçirilməsi zamanı nümunələrin laboratoroloji analizi nəticəsində 20,91 ton kartofda karantin tətbiq edilən zərərli orqanizmlərin olması təsdiqlənib.
“Gürcüstan hökumətinin 2019-cu il 20 sentyabr tarixli 463 nömrəli qərarına əsasən, qeyd olunan mallar ixracatçı ölkəyə qaytarılmağa tabe tutulub” – məlumatda qeyd olunub.