Kataloniyanın regional iqtidarının sabiq lideri Karles Puiçdemon pensiyaya çıxmaqdan imtina edir.
Bu barədə məlumatı Europa Press yayır. Nəşriyyatın versiyasına görə, Kataloniyanın sabiq liderinə 112 000 avro məbləğində pensiya təklif edildi, ancaq, Puçdemon onu rədd etdi və özünü Kataloniyanın prezidenti hesab etməyə davam edir.
Europa Press-in məlumatına görə, bu məsələ haqqında düşünmək üçün, Maliyyə Naziri Puiçdemona 10 günlük müddət verdi.
Kataloniyanın regional regional iqtidarının sabiq başçısı hazırda Belçikadadır və Belçika Məhkəməsinin qərarını gözləyir.