Karl Nehammer - Avstriya Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəkləyir
Avstriya Respublikasının federal kansleri Karl Nehammer Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşünə “Twitter” sosial şəbəkəsində münasibət bildirir.
Karl Nehammer, Avstriyanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyini açıq şəkildə dəstəklədiyini qeyd edir. Avstriya Respublikasının federal kansleri “Twitter”də, baş nazir İrakli Ğaribaşvili ilə ikitərəfli əməkdaşlığı və Avropa İttifaqı ilə gələcək yaxınlaşma imkanlarını müzakirə etdiyini yazır.
“2022-ci ildə Gürcüstanla diplomatik əlaqələrin 30 illiyini qeyd edirik. Bizi həm də sıx iqtisadi əlaqələr bağlayır, müvafiq olaraq baş nazir İrakli Ğaribaşvili ilə görüşməyimə çox şadam. Müzakirə olunan mövzular ikitərəfli əməkdaşlığımız və Avropa İttifaqı ilə gələcək yaxınlaşma imkanları olub. Ukraynaya qarşı Rusiyanın apardığı və ikimizin də qınadığı işğalçılıq müharibəsinə də həmçinin toxunulub. Buradaca Cənubi Osetiya və Abxaziyadakı dondurulmuş münaqişələri unutmaq olmaz. Avstriya Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəkləyir” -deyə Karl Nehammer qeyd edir.