Karl Hartzel - Rusiya Ukraynada ədalətsiz müharibə aparır, Avropa İttifaqı Ukrayna və onun xalqı ilə həmrəydir
Karl Hartzel - Rusiya Ukraynada ədalətsiz müharibə aparır, Avropa İttifaqı Ukrayna və onun xalqı ilə həmrəydir

Avropa İttifaqı Ukrayna və onun xalqı ilə həmrəydir, – bu barədə jurnalistlərə Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartsel bəyan etdi.

Karl Hartselin qeyd etdiyi kimi, Avropa İttifaqının mövqeyi ondan ibarətdir ki, Rusiya Ukraynada təxribatsız, özünü doğrultmayan müharibə aparır.

“Biz başqaları ilə birlikdə müxtəlif vasitələrlə, həm humanitar, həm də iqtisadi, sanksiyalar və lazımi avadanlıqların təmin edilməsi baxımından Ukrayna və onun xalqı ilə həmrəylik nümayiş etdiririk. Bildiyimiz kimi, müzakirələr davam edir. Bir neçə gün əvvəl Varşavada daha bir böyük donor konfransı keçirildi və burada Avropa Komissiyası bir çox üzv dövlətlərlə birlikdə Ukraynanın bu əsassız müharibəyə qarşı lazım olan dəstəyi alacağına dair daha çox resurs vəd etdi”, – Hartsel bəyan etdi.