Karl Hartsel - Venesiya Komisiyasının rekomendasiyalarını gözləyirəm
Biz mütləq Venesiya Komisiyasının rekomendasiyaları ilə bağlı bütün tərəflərin fikirlərini dinləyəcəyik, məqsədimiz odur ki, elə proses aparılsın, hansı ki, Gürcüstan vətəndaşları üçün ən yaxşı nəticə verəcək, – bu bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel verdi.
Karl Hartselin dediyinə görə, parlamentin sədri və bütün maraqlanan tərəflərlə keçirilən diskussiya Venesiya Komisiyasının rekomendasiyalarının müzakirəsinə həsr olunacaq.
Venesiya Komisiyasının o rekomendasiyası ilə bağlı, hansına əsasən, hakimlərin yarısı indi, yarısı isə, parlament seçkilərindən sonra təyin edilməlidir, səfir bəyan etdi: “Əlbətdəki, Venesiya komisiyasının özü də dərk edir ki, bu siyasi xarakter daşıyan bir tövsiyyədir, ancaq bu mövzuyu müzakirə etmək olar və biz bütün tərəflərin mövqelərini dinləyəcəyik” – dedi Karl Hartsel.