Karl Hartsel - Tamar Javanianın vəzifəsi ilə bağlı diskussiyalar 19 aprel razılaşmasının hissəsi olmayıb
Karl Hartsel - Tamar Javanianın vəzifəsi ilə bağlı diskussiyalar 19 aprel razılaşmasının hissəsi olmayıb

Avropa İttifaqının Gürcüstandaki səfirinin bəyanatına görə, əsas olan odur ki, seçki islahatı ilə bağlı tərəflər arasında konsensusa nail olunub.

Onun dediyinə görə, Tamar Jvanianın vəzifəsi ilə bağlı diskussiyalar isə, 19 aprel razılaşmasının tərkibində olmayıb.

“Dünənki görüşün bütün təfərrüatlarını bilmirəm, ancaq düşünürəm ki, seçki islahatı ilə bağlı tərəflər arasında konsensusa nail olunub və bunun fundamental əhəmiyyəti var.

İndi isə, qanunlayihəyi Venesiya Komisiyasına göndərib, sonra da parlamentdə müzakirə etməlidirlər.

Mərkəzi Seçki Komisiyasının sədri Tamar Jvanianın vəzifəsində olub-olmaması isə, 19 aprel razılaşmasının hissəsi olmayıb. Diskussiyaların davam etməsi isə, partiyalardan asılıdır”, – dedi Karl Hartsel.