Karl Hartsel - Rusiyanın Ukraynaya təcavüzü və Aİ-yə üzvlük müraciətinin qütbləşmənin aradan qaldırılması üçün əsas kimi qəbul ediləcəyinə ümid edirəm
Qütbləşmə hələ də siyasi həyatdadır, lakin Rusiyanın Ukraynaya təcavüzü və Aİ-yə üzvlük müraciətinin qütbləşmənin aradan qaldırılması üçün əsas kimi qəbul ediləcəyinə ümid edirəm-bu barədə Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel jurnalistlərə bildirib.
Karl Hartsel qeyd edir ki, mövcud qütbləşmə haqqında uzun zamandır danışır.
“Mən bura gələndən, üç il yarımdır ki, bu barədə danışıram. Bir tərəfdən, strateji istiqamət baxımından çoxlu ümumi məqsədlər görürəm. Bu, Aİ-yə yaxınlaşmaq və Gürcüstanın Aİ-yə üzvlük müraciətini dəstəkləmək istəyi ilə bağlıdır. Mən bu məsələlər ilə əlaqədar güclü ümumi maraq görürəm. Belə bir ümumi maraq siyasi partiyaların hamısında olmasa da, əksəriyyətində var, bunu da Gürcüstan əhalisinin 80 faizi dəstəkləyir.
Buna baxmayaraq, biz hələ də siyasi partiyalar arasında işləməyi tələb edən bu ümumi məqsədlərin öz nəticəsini verəcəyini görməliyik. Mən hələ də böyük qütbləşmə görürəm və bu, Gürcüstanın siyasi həyatında faktdır. Bununla belə, Rusiyanın Ukraynaya təcavüzü və Aİ-yə üzvlük müraciətinin qütbləşmənin aradan qaldırılması üçün əsas kimi qəbul ediləcəyinə ümid edirəm. Amma mən yalnız ümid edirəm və proqnozlar vermirəm” -deyə Karl Hartsel bildirib.