Karl Hartsel - Prezidentin çıxışı həm düşünülmüş, həm də önəmli idi, növbəti diskussiyada onun çıxışına reaksiyanın necə olacağını səbirsizliklə gözləyirəm
Prezidentin çıxışının həm düşünülmüş, həm də önəmli olduğu qənaətindəyəm, növbəti diskussiyada onun çıxışına reaksiyanın necə olacağını səbirsizliklə gözləyirəm -bu barədə parlamentdə Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən illik hesabatın təqdim edilməsindən sonra Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel bildirib.
“Prezidentin çıxışı ilə bağlı yalnız onu deyə bilərəm ki, həm düşünülmüş, həm də önəmli olduğu qənaətindəyəm, növbəti diskussiyada onun çıxışına istinadən, burada, Gürcüstanda reaksiyanın necə olacağını səbirsizliklə gözləyirəm” -deyə Karl Hartsel bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvilinin Gürcüstan parlamentindəki illik çıxışı bu gün bir dəqiqəlik sükutla və Ukrayna himninin səsləndirilməsi ilə başladı. O, Ukrayna və Ukrayna xalqına həmrəyliyini ifadə etdi. Bununla birlikdə, Salome Zurabişvili Ukrayna prezidenti Volodimir Zelenskiyə Ukraynanın Gürcüstandakı səfirini geri qaytarmaq üçün müraciət etdi.
Zurabişvili illik hesabatını təqdim edərkən prezident institutu haqqında da danışaraq, qeyd etdi ki, “prezident institutuna təkcə hörmət kifayət deyil, onunla əməkdaşlıq, xüsusən də bu çətin dövrdə zəruridir”. Bununla yanaşı, Zurabişvilinin də qeyd etdiyi kimi, bu gün həm iqtidar, həm də müxalifət ölkəyə qarşı günah işlədir.