Karl Hartsel - önəmlidir, əmin olaq ki, Saakaşvilinin sağlamlığı ilə bağlı müvafiq tədbirlər görülüb, Avropa İttifaqı hadisələrin inkişafını diqqətlə izləyir
Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartselin dediyinə görə, Mixail Saakaşvilinin işi üzrə müvəqqəti istintaq komissiyasının yaradılması ilə bağlı hadisələrin necə inkişaf edəcəyinə Parlamentdə siyasi partiyalar qərar verməlidilər.
“Müvəqqəti istintaq komissiyasının yaradılması ilə bağlı hadisələrin necə inkişaf edəcəyinə Parlamentdə siyasi partiyalar qərar verməlidilər”, – Hartsel bəyan etdi.
Karl Hartsel Saakaşvilinin sağlamlıq vəziyyəti barəsində də danışdı və qeyd etdi ki, Avropa İttifaqı hadisələrin inkişafını diqqətlə izləyir. Elə onun dediyinə görə, çöx önəmlidir ki, Saakaşvilinin sağlamlığı ilə bağlı müvafiq tədbirlər görülsün.
“Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinə gəldikdə, Avropa İttifaqı hadisələrin inkişafını detallı və çox diqqətlə izləyir. Bizimfikrimizi bunun barəsəndə dəfələrlə səsləndirdik. Sözsüz ki, çöx önəmlidir Saakaşvilinin sağlamlığı ilə bağlı müvafiq tədbirlər görülüb. Bunun üçün ən çox tibbi məsləhətlər və bu məsləhətlərin hakimiyyət tərəfindən nəzərə alınması vacibdir”, – Hartsel bəyan etdi.