Karl Hartsel-namizəd statusu almaq istəyən ölkələr üçün prosesi sürətləndirmək məqsədilə sualların sayı azaldılıb, Aİ heç vaxt bu qədər sürətli olmamışdı
Karl Hartsel-namizəd statusu almaq istəyən ölkələr üçün prosesi sürətləndirmək məqsədilə sualların sayı azaldılıb, Aİ heç vaxt bu qədər sürətli olmamışdı

Komissiyanın cavab vermək üçün dörd həftə vaxtı var, bu kifayət qədər az vaxtdır, lakin sizə deməliyəm ki, prosesin daha sürətli getməsi üçün sualların sayı azaldılıb-bu barədə Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel Aİ-yə üzvlüklə bağlı müraciətə dair Gürcüstana sorğu vərəqəsinin verilməsi ilə bağlı danışarkən bildirib.

Səfirin də qeyd etdiyi üzrə Aİ prosesi maksimal şəkildə sürətləndirib.

“Martın 7-də Avropa İttifaqı üç müraciətlə : Gürcüstan, Ukrayna və Moldova ilə bağlı fikirlərini bölüşmək qərarına gəlib. Bu, bu prosesdə ilk addımdır. Planlaşdırmaya, cədvələ gəlincə komissiyanın cavab vermək üçün dörd həftə vaxtı var, bu kifayət qədər az vaxtdır, lakin sizə deməliyəm ki, prosesin daha sürətli getməsi üçün sualların sayı azaldılıb. Cavablardan sonra rəsmi rəylər artıq növbəti addımı düşünmək üçün Aİ -yə üzv dövlətlərə, Aİ Şurasına göndəriləcək” – deyə səfir bildirib.

Aİ-nin Gürcüstandakı səfirinin sözlərinə görə, indi çox vacib məqamdır, müvafiq olaraq Aİ prosesi sürətləndirməyə çalışır.

“Bu, xüsusi vaxtdır və komissiya çalışır ki, bu proses belə sürətlə həyata keçirilsin. Aİ əvvəllər heç vaxt bu qədər sürətli olmamışdı, lakin bu, həm Aİ, həm də müraciət edən ölkə üçün çox vacib, fundamental prosesdir. Hazırda biz Aİ-nin keçə biləcəyi ən sürətli prosesi görürük” -deyə səfir bildirib.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə Məsələləri üzrə komissarı Oliver Varhei Gürcüstanın xarici işlər naziri İlia Darçiaşviliyə Aİ-yə üzvlük müraciəti ilə bağlı sorğu vərəqəsi verib. Sorğu vərəqəsinin təhvil-təslim mərasimi Lüksemburqda keçirilib. Sənəd Gürcüstanla birlikdə Moldovaya da verilib.

Xatırladaq ki, bu ilin martın 2-də “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze “Gürcü Arzusu” siyasi komandasının Aİ-yə namizəd ölkə statusu almaq üçün dərhal müraciət etmək barədə qərar qəbul etdiyini bildirmişdi. Martın 3-də baş nazir İrakli Ğaribaşvili Gürcüstanın Aİ-yə üzvlük müraciətini imzaladı.