Karl Hartsel - Mixeil Saakaşvilinin sağlamlığına, müvafiq tibbi yardımın göstərilməsinə və hüquqlarının müdafiəsinə hakimiyyət öhdəlik daşıyır, bu onlardan gözlədiklərimizdir
Karl Hartsel - Mixeil Saakaşvilinin sağlamlığına, müvafiq tibbi yardımın göstərilməsinə və hüquqlarının müdafiəsinə hakimiyyət öhdəlik daşıyır, bu onlardan gözlədiklərimizdir

Mixeil Saakaşvilinin sağlamlığına, müvafiq tibbi yardımın göstərilməsinə və fundamental hüquqlarının müdafiəsinə Gürcüstan hakimiyyəti öhdəlik daşıyır və bu bizim onlardan gözlədiklərimizdir, – bu barədə jurnalistlərə Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartsel bəyan etdi.

Elə onun dediyinə görə, dəfələrlə deyib ki, həkim deyil, lakin qərarlar və hərəkətlərin müstəqil tibbi məsləhətlər əsasında qəbul olunduğunu alqışlayır.

“Bir daha qeyd etmək istəyirəm, biz Avropa İttifaqı üçün fundamental olana xusisi deiqqət yetimək istəyirik. Daha dəqiq olaraq o faktı ki, Mixeil Saakaşvilinin sağlamlığına, müvafiq tibbi yardımın göstərilməsinə və fundamental hüquqlarının müdafiəsinə Gürcüstan hakimiyyəti öhdəlik daşıyır və bu bizim onlardan gözlədiklərimizdir. Biz onlardan onun şərtlərinin qiymətləndirilməsinə uyğun hərəkət gözləyirik. Dəfələrlə demişəm ki, həkim deyiləm, lakin qərarlar və hərəkətlərin müstəqil tibbi məsləhətlər əsasında qəbul olunduğunu alqışlayıram”, – Karl Hartsel bəyan etdi.