Karl Hartsel - Mən qətnaməni alqışlayıram, Ukraynanın layiq olduğu həmrəyliyi göstərmək üçün Gürcüstan parlamentinin prinsipial mövqeyi vacibdir
Mən qətnaməni alqışlayıram, Ukraynanın layiq olduğu həmrəyliyi göstərmək üçün Gürcüstan parlamentinin prinsipial mövqeyi vacibdir”, – deyə Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel jurnalistlərə bildirib.
Hartsel ümid etdiyini bildirib ki, Ukraynaya dəstək verən qətnamə sonda geniş dəstək qazanacaq.
“Hesab edirəm ki, indi Aİ-dən, eləcə də başqalarından gördüklərimiz çox vacibdir – sizin nəinki bəyanatlar vermənizi və bizim prinsiplərimizə əməl etməyinizi, həm də bizim prinsiplərimizi qorumaq üçün müvafiq tədbirlərin görülməsini təmin etməkdir. Bunlar daha geniş region, eləcə də Gürcüstan üçün əsas olan prinsiplərdir.
Qətnamənin kontekstinə gəlincə, mən bu qətnaməni alqışlayıram və hesab edirəm ki, onu Gürcüstan parlamentindən eşitmək, baş verənlərlə bağlı öz prinsipial mövqeyini bildirmək, həmçinin Ukrayna və onun xalqının bu məsələdə layiq olduğu həmrəyliyi göstərmək vacibdir.
O ki qaldı layihəyə və onun mətninə, mürəkkəb məsələ olduğu üçün bu haqda şərh verməyəcəyəm. Ümid edirəm ki, nəticədə bu qətnaməyə geniş dəstək veriləcək”, – Karl Hartsel bildirib.