Karl Hartsel – Hesab edirəm ki, Saakaşvili ilə bağlı videonun yayılması, təəssüf ki, vəziyyəti yüngülləşdirməyə kömək etmir

11:55, 12.11.2021

Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel keçmiş prezident Mixeil Saakaşvili ilə bağlı videoların yayılmasını təəssüfləndirici hesab edir.

Jurnalistlərə bəyanat verən Karl Hartzel videoların yayılmasının vəziyyəti yüngülləşdirməyə kömək etmədiyini deyib.

“Video ilə bağlı sualı cavablandıracam. Çox açıq deyə bilərəm – bu videonun yayılmasını çox şübhəli və təəssüfləndirici hesab edirəm. Düşünmürəm ki, bu, vəziyyəti yüngülləşdirməyə kömək edəcək. Mən görmürəm ki, bu videonun məqsədi nəyə diqqət yetirilməli olduğuna cavab vermək – cənab Saakaşvilinin sağlamlığı və eyni zamanda, onun fundamental hüquqlarını, o cümlədən məxfilik və ləyaqət hüququnu qorumaqdır”, – deyə Karl Hartsel bəyan etdi.

Oxşar