Karl Hartsel - Həkim Vaja Qaprindaşviliyi işğal xətti ətrafında yaranan ağır vəziyyətin qurbanı kimi müzakirə edirik
Keçid məntəqələrinin açılmasına doğru çağırışlara davam edirik, çünki bütün bunlar işğal xətti ətrafında humanitar və siyasi vəziyyətə ciddi dərəcədə təsir edir, – bu barədə bəyanatı jurnalistlərə Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel verdi.
“Həkim Vaja Qaprindaşvilinin həbs edilməsini qınayırıq və onu işğal xətti ətrafında yaranan ağır vəziyyətin qurbanı olaraq, görürük. Biz həkimin tez zamanda azad edilməsi ilə bağlı bütün danışıqlara fəal şəkildə qoşulmuşuq” – dedi Karl Hartsel.
Onun dediyinə görə, o bu gün Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaar ilə də görüşəcək.