Karl Hartsel - hakimlərin təyin edilməsi prosesinə Parlament fasilə versə yaxşı olar
Karl Hartsel - hakimlərin təyin edilməsi prosesinə Parlament fasilə versə yaxşı olar

Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartselin bəyan etdiyinə görə, Ali Məhkəmə hakimlərinin təyin edilməsi prosesinə Parlament fasilə versə yaxşı olar.

“Ali Məhkəmə hakimlərinin təyin edilməsi gəldikdə, bu mövzu ilə bağlı məbim fikrimi bir neçə dəfə səsləndirdim. Yaxşı olar Parlament bu mövzu barəsində, bu vəziyyət barəsində düşünsə və fasilə versə. Əmin olacağıq ki, 19 aprel razılaşması zamanı, bu müzakirələr zamanı olan məna qorunub saxlanılacaq. Müxalifətə gəldikdə isə, 19 aprelin böyük nailiyyəti o idi ki, disskusiya Parlamentə keçdi. Bunun davam etdirilməsi və qorunub saxlanılamsı çox əhəmiyyətlidir. Disskusiya və müzakirələr davam etdirilməlidir, bu da Avropa İttifaqı üçün əhəmiyyətlidir”, – Hartsel bəyan etdi.