Karl Hartsel - Gürcüstanın prioriteti 12 bəndi mümkün qədər tez yerinə yetirməkdir, bu baş verən kimi ölkə Avropa İttifaqına güclü ismarıc göndərəcək ki, doğru yola qayıtdı və ona arxalanmaq mümkündür
Karl Hartsel - Gürcüstanın prioriteti 12 bəndi mümkün qədər tez yerinə yetirməkdir, bu baş verən kimi ölkə Avropa İttifaqına güclü ismarıc göndərəcək ki, doğru yola qayıtdı və ona arxalanmaq mümkündür

Gürcüstana qapının açılması barəsində qərar həqiqətən tarixi bir məqamdır, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartsel bəyan etdi.

Hartzel vətəndaşların sualını belə cavablandırdı: “yaxın altı ay ərzində 12 şərt yerinə yetirilməsə nə olacaq? Bu, Gürcüstanın Avropa perspektivi üçün təhlükə yarada bilərmi?”

Səfirin sözlərinə görə, hamı ölkə üçün mövcud olan mühüm imkanlardan necə istifadə etməsi barəsində düşünməlidir.

“Avropaya gedən yol xidmətlərə əsaslanan bir proses olaraq qalır. Top indi Gürcüstanın meydançasındadır. Gürcüstan, eləcə də Ukrayna və Moldova Avropa İttifaqına üzvlük istiqamətində irəliləməyə hazır olduqlarını və bacarıqlarını konkret hərəkətlərlə nümayiş etdirməlidirlər.

Artıq Avropanın gözü və qulağı bu bölgədə olduğu üçün boş yerə vaxt itirmək olmaz.

Gürcüstanın prioriteti 12 bəndi mümkün qədər tez yerinə yetirməkdir, bu baş verən kimi Gürcüstan Avropa İttifaqına və onun üzv ölkələrinə  güclü ismarıc göndərəcək ki, doğru yola qayıtdı və ona irəliləyiş ümidilə arxalanmaq mümkündür. Özündən razı olmağın vaxtı deyil, çünki bu məqamı əldən burazmayaaq. İndi hərəkət etmək lazımdır”, -Karl Hartsel bəyan etdi.

Hartselin şərhini Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi yayır.