Karl Hartsel - Görünür ki, seçki islahatı ilə bağlı konsensusa nail olunub, indi isə, qanunlayihənin Venesiya Komisiyasına göndərilməsini və parlamentdə müzakirəsini gözləyirik
Karl Hartsel - Görünür ki, seçki islahatı ilə bağlı konsensusa nail olunub, indi isə, qanunlayihənin Venesiya Komisiyasına göndərilməsini və parlamentdə müzakirəsini gözləyirik

Görünür ki, seçki islahatı ilə bağlı konsensusa nail olunub, indi isə, qanunlayihənin Venesiya Komisiyasına göndərilməsini və parlamentdə müzakirəsini gözləyirik, – bu barədə bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel jurnalistlərə verdi.

Onun dediyinə görə, məhkəmə islahatı aprelin 19-daki razılaşmanın əsas komponentidir.

“Qısa zamanda Ali Məhkəmənin hakimlərinin təyin edilməsi məsələsinə maksimal diqqət yetirilməsi zərurəti olacaq. Həmçinin, Ali Ədliyyə Şurasında da təyinlər olacaq. Bu iki orqan məhkəmə sisteminə etibarın yaranması üçün çox vacibdir. Bununla yanaşı, mərhələ şəklində, digər islahatların müzakirə prosesi də baş tutacaq və prosesə xarici partnyorlarımız da qoşulacaqlar”, – dedi Karl Hartsel.