Karl Hartsel - Fasilitator olaraq, görürəm ki, tərəflər bir-birindən daha da uzaqlaşırlar
Karl Hartsel - Fasilitator olaraq, görürəm ki, tərəflər bir-birindən daha da uzaqlaşırlar

Mən bir fasilitator olaraq, görürəm ki, tərəflər yaxınlaşmaq yerinə, bir-birindən daha da uzaqlaşırlar, – bu bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel verdi.

Onun dediyinə görə, vaxt azaldıqca, tərəflər bir-birindən daha da uzaqlaşırlar.

“Çox az vaxt qaldı və tərəflərin daha da uzaqlaşması məni narahat edir. Məncə vəziyyət çox ciddidir və tərəflərə müraciət edirəm, yaranan vəziyyətdən çıxış yolunu düşünsünlər.

Karl Hartselin dediyinə görə, hər iki tərəfin də, ortaq əsaslar tapması üçün ideyalar və imkanlar var.

“Hərhansı tərəfə kəskin rekomendasiyalar verməkdən baş qaçırdacam, ancaq düşünürəm ki, hər iki tərəfin də, ortaq əsaslar tapması üçün ideyalar və imkanlar var. Mən bir müddət danışıqlar prosesində sanki irəliləyiş gördüm. Sadəcə olaraq, cəsur olmaq və lider olmaq lazımdır” – dedi Karl Hartsel.