Karl Hartsel - Danışıqların beşinci raundunun keçirilməsi üçün problemlər var, sözün düzü xüsusi gözləntilərim yoxdur
Karl Hartsel - Danışıqların beşinci raundunun keçirilməsi üçün problemlər var, sözün düzü xüsusi gözləntilərim yoxdur

Danışıqların beşinci raundunun keçirilməsi üçün problemlər var, sözün düzü, bu danışıqlarla bağlı xüsusi gözləntilərim yoxdur, – bu barədə bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel verdi.

Onun dediyinə görə, beşinci raundun keçirilməsinin bir mənasının olması üçün son bir neçə gün ərzində irəli sürülən tendensiyalar dəyişdirilməlidir.

“Biz fasilitatorlar olaraq, bilməliyik ki, bu görüşlərin nəticəsi olacaq. Sözün düzü, mənim bu danışıqlardan xüsusi gözləntilərim yoxdur. Təəssüflər olsun ki, vaxt daraldıqca, tərəflər bir-birindən daha da uzaqlaşırlar” – dedi Karl Hartsel.