Karl Hartsel bəyan edir ki, Avropa Parlamentinin saytında dərc olunan material Avropa Parlamentinin məhsulu deyil və oradakı yekun nəticələr yalnız onların müəlliflərinə məxsusdur
Karl Hartsel bəyan edir ki, Avropa Parlamentinin saytında dərc olunan material Avropa Parlamentinin məhsulu deyil və oradakı yekun nəticələr yalnız onların müəlliflərinə məxsusdur

Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartsel bəyan edir ki, Avropa Parlamentinin saytında 4 apreldə dərc olunan material Avropa Parlamentinin məhsulu deyil və oradakı yekun nəticələr yalnız onların müəlliflərinə məxsusdur

Onun sözlərinə görə, hesabatın məqsədi Avropa Parlamentinin deputatlarına Gürcüstandakı vəziyyəti qiymətləndirməyə yardım etməkdir.

“Bu, Avropa Parlamentinin deputatlarına nəticə çıxarmaq və vəziyyəti qiymətləndirmək üçün Araşdırma Mərkəzi tərəfindən hazırlanmış hesabatdır. Hesabatın əhatə etdiyi bütün məsələlərə gəldikdə, istər siyasi, istərsə də media məkanında polarizasiya, məhkəmə sistemində, seçkilərlə bağlı problem, demokratik institutlar, bu məsələlər həm Brüssel tərəfindən, həm də mənim şəxsi bəyanatlarımda irəli sürülmüşdür. Bu prosesin davam etməsini təmin etmək üçün, biz bu məsələlər üzərində işləməyə və Gürcüstan hökuməti ilə müzakirələri davam edəcəyik. Komissiya tezliklə bu bəyanat ilə bağlı rəy verəcək. Bir sözlə, proses davam edir”, – Hartsel bəyan etdi.

Avropa Parlamentinin saytında aprelin 4-də Gürcüstan tərəfindən Assosiasiya Sazişinin icrasına dair üç müəllif tərəfindən hazırlanmış araşdırma dərc olundu.