Karl Hartsel - Avropa İttifaqı bir neçə fundamental prinsip və dəyərlərə əsaslanır, demokratiya, insan haqları, bərabərlik, qanunun aliliyindən danışıram
Karl Hartsel - Avropa İttifaqı bir neçə fundamental prinsip və dəyərlərə əsaslanır, demokratiya, insan haqları, bərabərlik, qanunun aliliyindən danışıram

 

Aİ-nin Gürcüstandakı səfiri Karl Hartselin sözlərinə görə, Avropa İttifaqı fundamental prinsiplər və dəyərlərə əsaslanır. O, bu dəyərlər arasında demokratiya, qanunun aliliyinin olduğunu bildirir.

Bununla yanaşı, Karl Hartselin də qeyd etdiyi kimi, Aİ-yə üzvlük üçün kimin müraciət etməsindən asılı olmayaraq, Avropa İttifaqı bu dəyərlərə böyük diqqət yetirir.

“Avropa İttifaqı bir neçə fundamental prinsip və dəyərlərə əsaslanır. Aİ-yə üzvlük üçün kimin müraciət etməsindən asılı olmayaraq biz bu dəyərlərə çox diqqət yetiririk. Mən demokratiya, insan haqları, bərabərlik, fundamental azadlıqlar haqqında danışıram və əlbəttə ki, qanunun aliliyi bunun bir hissəsidir” -deyə Karl Hartsel bildirib.