Karl Hartsel - Aİ Şurasının üzvlük statusu ilə bağlı qərarının necə olmasının mənası yoxdur, əsas nəticə eyni olacaq - Gürcüstanın bu məsələ üzərində işləməyə başlamasının vaxtı yetişib
Aİ Şurasının Gürcüstanın üzvlük statusu ilə bağlı qərarının necə olmasının mənası yoxdur, əsas nəticə eyni olacaq – Gürcüstanın bu məsələ üzərində işləməyə başlamasının vaxtı yetişib -bu barədə “Avropada yeni təhlükəsizlik arxitekturası və onun Gürcüstana təsiri” adlı “Radisson” mehmanxanasında keçirilən konfransda iştirak edən Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel bildirib.
Onun sözlərinə görə, siyasətçilərin bu məsələdəki gücü onların bu strateji vəzifəni dəstəkləyən əhalinin əksəriyyətinə arxalanması faktındadır.
“Son həftələrdə baş verən hadisələrin bir hissəsi Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyü məsələsidir. Avropa Komissiyasının rəyinin yaxın günlərdə dərc ediləcəyini gözləyirəm. Bunun ardınca üzv dövlətlər arasında qəbul etməli olduqları mümkün qərarla bağlı müzakirələr aparılacaq. Avropa Komissiyasının rəyinin nəticələri və Avropa İttifaqı Şurasının yekun qərarı ilə bağlı spekulyasiyaya başlamayacağam. Əsas nəticə yenə də Gürcüstanın bu məsələ üzərində işləməyə başlamasının vaxtının yetişdiyi barədə olacaq . İndi Gürcüstanın Aİ-yə daxil olması üçün nəyin edilməli olduğu baxımından oturaraq, davamlı irəliləyişə nail olmağı təmin etməyin vaxtıdır. Siyasətçilərin bu məsələdəki gücü onların bu strateji vəzifəni dəstəkləyən əhalinin əksəriyyətinə arxalanması faktındadır”- deyə Karl Hartsel bildirib.
Karl Hartselin sözlərinə görə, “Avropada yeni təhlükəsizlik arxitekturası və onun Gürcüstana təsiri” konfransı tamamilə həlledici bir məsələyə – Avropada və bütün regionda tektonik dəyişikliklərə səbəb olan Ukrayna müharibəsinə toxunur”.