Karin Jan-Pyer – ABŞ Moskva yaxınlığındakı terror hücumu aktını qəti şəkildə pisləyir, “İslam Dövləti” hər yerdə məğlub edilməli olan ümumi terrorçu düşməndir
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer , ABŞ-ın Moskva yaxınlığındakı terror hücumu aktını “qəti şəkildə pislədiyini” bildirir.
Jan-Pyer “İslam Dövləti”nin hər yerdə məğlub edilməli olan ümumi terrorçu düşməni olduğunu bəyan edir.
“Biz yaxınlarını itirənlərə və günahsız mülki şəxslərə qarşı bu vəhşi hücumlar nəticəsində yaralananlara və ya zərər çəkənlərə başsağlığı veririk”, – deyə Ağ Evin mətbuat katibi bildirib.
Məlumat üçün bildirək ki, Moskvada “Crocus City Hall”da törədilən terror aktından sonra “İslam Dövləti” sosial şəbəkədə onların sözlərinə görə, hücumun iştirakçılarının təsvir olunduğu foto dərc edib.
Bununla yanaşı, dünən sosial şəbəkəyə istinadən müxtəlif medialar “Crocus City Hall”da baş vermiş hücuma görə məsuliyyəti “İslam Dövləti”nin üzərinə götürdüyü barədə məlumat yayıb. Dünən verilən açıqlamaya əsasən, hücum edənlərin lideri qaça bilib. Dünya mediasının yazdığı üzrə, adı çəkilən sosial şəbəkə hesabının qrupun rəsmi nümayəndəliyi təmsil edib-etmədiyini müəyyən etmək mümkün deyil. “BBC”nin məlumatına görə, “İslam Dövləti” heç bir real əlaqəsi olmayan hücumlara görə məsuliyyəti dəfələrlə öz üzərinə götürüb.